Bakılıarı təhqir edən Cabir İmanova cavab - MÖVQE

Bakılıarı təhqir edən Cabir İmanova cavab - MÖVQE
Bütün Xəbərlər
23:00 09.10.2014
28661

Kamil Nəsrəddin

Azərbaycandakı bəzilərinin gözünün götürmədiyi bir reallıqdan söhbət açmaq istəyirəm. Bu günki günümüzdə dövlətimizi bütün dünyada nəyin? daha doğrusu hansı bölgəmizin hansı məhsulununun, nemətinin hesabına tanıyırlar? Bəlkə bu Naxçıvanın duzudur yoxsa Lənkəranın subtropik meyvələridir, limonudur, yoxsa bu Sabirabadın qarpızıdır, bəlkə Qubanın ağ almasıdır, bəlkə də Göyçayın narının hesabınadır bütün bunlar. Ya da Zaqatala-Balakənin qoz fındığı sayəsində bütün dünya bu gün Azərbaycan Respublikası adlanan bir dövləti tanıyır. Hə? İnanın ki, heç muğamımızı da say hesaba almazdılar - NEFT OLMASAYDI!!!

Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan təbii qaza və neftə görə bu torpağı "Odlar Diyarı" adlandırırdılar. Lakin ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Bəlkədə II Dünya müharibəsi vaxtı Adolf Hitlerin başı xarab olmuşdu. Sadəcə olaraq maraq üçün kef üçün Bakını ələ keçirmək istəyirdi. Həmdə elə-belə təsadüfi hücumla yox "Edelveys əməliyyatı" ilə. Bəli bunu II cahan müharibəsinin araşdırmacıları, müharibənin iştirakçıları bir sözlə hər kəs etiraf edirki müharibə Bakı neftinin sayəsində qazanıldı. Bəli bu gün bütün dünyanın diqqət mərkəzindədir Bakım mənim. Lakin bəzi bizim qəsdimizə dayanan ölkələrdəkilər kimi təəssüflər olsun ki, bu gün ölkəmizdə də Bakını gözü götürməyənlər var. Halbuki Bakının nefti-sərvəti olmasa kimdi bizim arxamızda duran? Türkiyənin də, Rusiyanın da maraqları bu yöndə deyilmi yoxsa? Azərbaycanın beynəlxalq aləmdəki uğurlarında siyasi fiqurların rolu danılmazdır. Azərbaycanı ilk müstəqilliyinə qovuşduran şəxsiyyət də məhz Bakı torpağında dünyaya göz açmışdı - Məhəmməd Əmin, amma bu fiqurlara da danışma haqqını, sözünü keçirmə hüququnu nə verirdi? Ta məktəb vaxtlarımızdan var idi belə söhbətlər lakin o vaxt tam mənası ilə anlamaz idik bu söhbətləri. Amma məni yandıran odur ki, bu gün də utanmadan bu söhbətləti edənlər var... Güman edirəm ki, siyasətdən 1 qramda olsun nəsə dərk edən adam başa düşə bilər ki, hegemon dövlətlərin heç biri bizə nəyinki Qarabağa sahib olmağa heç adını dilimizə belə gətirməyə imkan verməzdilər neftimiz olmasaydı. Allah Təala nefti məhz Bakımıza nəsi edib onu Bakı torpağına əta edib. Lakin Bakını, Bakılıları gözləri götürməyənlər bunların fərqində deyil. Hər nəysə burda regionlu-bakılı mübahisəsi etmək fikrində deyiləm. Amma dinc durmurda bəzi dırnaqarası insancıqlar... Keçək "Bakının 32 kəndi"nə....

Bakının 32 kəndi Bakı və Abşeronda geniş yayılmış anlayış olub ənənəvi Abşeron kəndlərini ifadə edir. Bu anlayış adətən XIX əsrin sonlarında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi. Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. Bu gün Bakıda 41 kənd var. Ənənəvi Bakı kəndləri:

Balaxanı

Bibiheybət

Biləcəri

Bilgəh

Binəqədi

Binə

Buzovna

Bülbülə

Qala

Qobu

Zabrat

Zağulba

Zirə

Zığ

Əmircan

Əhmədli

Keşlə

Kürdəxanı

Güzdək

Goradil

Maştağa

Masazır

Mərdəkan

Nardaran

Novxanı

Pirşağı

Ramana

Sabunçu

Saray

Suraxanı

Türkan

Xocasən

Xırdalan

Hökməli

Hövsan

Şağan

Şüvəlan

Fatmayı

Özüm də bu kəndlərdən birində - Bilgəh qəsəbəsində doğulmuşam. Bütün Azərbaycanı da, bölgələrimizi də amma ən əsası Bakımı, onun kəndlərini, Bakılıları da sevirəm. Heç kimin onları təhqir etməyə, məsxərəyə qoymağa, ələ salmağa haqqı yoxdur, heç kim bu ixtiyarı sizə verməyib. Nə vaxtsa belə bir yazıya ehtiyac olacağını güman etməzdim. Amma özünü "Bakılı oğlanlar" ŞHK-nın üzvü adlandıran, özünü belə vəziyyətdə gülməli hesab edən polkovnik-leytenant cabir imanov məni buna vadar etdi. Efirdə Bakı kəndləri daha doğrusu Bakılılar haqqındakı fikirləri. Sənə bu cürəti kim verib axı? Sən kimsən axı Bakılıları təhqir edəsən? Heyf... heyf sənin kimilərin uğrunda canından keçən şəhidlərindən - Azərbaycanlı şəhidlərdən - Bakılı şəhidlərdən - sənin torpağın uğrunda canından keçən şəhidlərdən - Azərbaycanlı şəhidlərdən - Bakılı şəhidlərdən. Əlinə götürüb Bakılıların "aerodrom" adlanan başlarına qoyduğu PAPAĞA bənzətdiyin əşyanı əzizlərinin başına qoyarsan. O papaq ki, bir vaxtlar nəyinki təkcə Bakıda bütün Azərbaycanda namusun, qeyrətin rəmzi sayılırdı. Sənin kimi səviyyəsi aşağı deyilik ki sənin regionun haqqında xoşagəlməz ifadələr işlədək. Amma cənab zabit EFİRƏ ÇIX təhqir edib, xor gördüyün BAKI və BAKILILARDAN ÜZR İSTƏ!!!

UNUTMA!!! BAKI-nın Azərbaycan və Azərbaycanlılar üçün, sənin kimilər üçün nemətlərindən keçdiyini, sərvətlərindən keçdiyini.

BAKI VƏ BAKILILARDAN ÜZR İSTƏ, GÜMAN ET Kİ, ONLAR BU ƏDƏBSİZLİYİNİ BAĞIŞLASINLAR.

OXŞAR XƏBƏRLƏR