Bakının 3 əsrlik “Fantaziya”sı sökülür?- FOTOLAR

Bakının 3 əsrlik “Fantaziya”sı sökülür?-  FOTOLAR
SOSİAL
14:22 11.03.2016
4718
Bakının mərkəzində yerləşən tarixi “Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Şəhər sakinləri 1886-ci ildə inşa edilən hamamın söküləcəyindən narahatlıq ifadə edərək redaksiyamıza müraciət ünvanlayıblar.
Əməkdaşlarımız “Fantaziya” hamamının yerləşdiyi əraziyə baş çəkərək yerli sakinlərlə görüşüb, onların problemlərini dinləyib.
Sakinlərin gözlərinə görə, tarixi hamam illərdir ki, uçuq-dağıq vəziyyətdədir.
“Bir neçə gün öncə özlərini Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər hamama baxış keçirərək, tikilinin söküləcəyini bildirdilər. Onlar hamamın yerində yeni obyektin inşa ediləcəyini dedilər”-sakinlər bildiriblər.
Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayaraq sakinlərin dediklərinin doğru olub-olmadığını aydınlaşdırmağa çalışdıq.
Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev açıqlamasında binanın söküləcəyi haqda xəbərlərin doğru olmadığını bildirib.
“Bizə məlumat daxil olan kimi, şəxsə özüm gedib həmin tarixi abidəyə baxdım, hamam yerində durur, orada heç bir söküntü işi aparılmır. Sadəcə hamam fəaliyyətini dayandırıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, “Fantaziya” hamamı tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
Azvision.az xəbər verir ki, orada tikinci və ya söküntü işləri bizim razılığımız əsasında aparıla bilər. Obyekt şəxsi mülkiyyətdədir. Oranın sahibi tərəfindən bizə hər hansı müraciət daxil olmayıb.
“Tarix və mədəniyyət abidələrin qorunması” haqqında qanuna əsasən şəxsi mükiyətdə yalnız yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi ola bilər. Eyni zamanda şəxsi mülkiyətdədirsə, təmir işləri mülkiyətçinin vəsaiti hesabına, Mədəniyyət və Turizm Nazirliyi yanında dövlət xidmətinin razılığı əsasında aparıla bilər.
Təmir işləri aparmağa başlamamışdan öncə bizə müraciət olunmalıdır. Bizim araşdırmamızdan sonra təmir işlərinə başlanıla bilər. Biz sahibkara göstəriş verə bilmərik ki, obyekti təmir edin”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü