Bakının bir hissəsinə içməli suyun verilişində fasilə olacaq

Bakının bir hissəsinə içməli suyun verilişində fasilə olacaq
Bütün Xəbərlər
15:12 27.01.2014
912

İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə "+110 Şərq" su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bununla əlaqədar 28 yanvar 2014-cü il tarixdə gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR