​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı
SOSİAL
15:55 20.04.2026
1501
Bakının Yeni Ramana qəsəbəsində, xüsusilə "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan ərazilərdə həyət evlərinin qiymətində azalma müşahidə olunur.
 
AZXEBER.COM Metbuat.az-a istinadla bildirir ki, bu ilin yanvar-fevral ayları ilə müqayisədə Bakıətrafı qəsəbələrdə, o cümlədən "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan yaşayış massivlərində evlər xeyli ucuzlaşıb. Üç ay əvvəl 60-65 min manata təklif olunan həyət evləri indi 45-50 min AZN-ə satışa çıxarılıb. Biləcəri, Keşlə, Binə, Bülbülə, Zabrat, Məhəmmədi qəsəbələrində və Xırdalan şəhərində də oxşar vəziyyət müşahidə olunur.

Ev alqı-satqısı ilə məşğul olan Əli Əhmədov saytımıza açıqlamasında Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin ucuzlasmasını iki amillə əlaqələndirib: "Mart və aprel aylarında aramsız yağan yağışlar zamanı evlərin çoxu su altında qaldı. "Şuşa" şəhərciyi deyilən ərazidə yüzdən çox ailə evini tərk etməli oldu. Beş-altı daşın üstündə inşa olunan evlərdə belə yaşamaq mümkün deyildi. Yağış suları nəticəsində "Sovxoz Ramana”da da 20-dən çox ev yararsız vəziyyətə düşdü. Sakinlər həmin evləri dəyər-dəyməzinə satıb başqa ərazilərə köçmək istəyirlər. Bakıətrafı qəsəbələrdə evlərinin ucuzlasmasinın əsas səbəbi budur".

Mütəxəssis deyib ki, ucuzlaşmanın digər səbəbi isə həmin evlərin çıxarışının olmamasıdır: "Ucuz qiymətə satışa çıxarılan evlər bələdiyyə sənədi ilə alınan tikinti təyinatlı torpaqlarda tikilib. Sakinlər bu evlərdə əsasən 99 illik icarə müqaviləsi əsasında yaşayırlar. Sənədi olmadığı üçün yağış yağanda zərər görən bu evlər üçün dövlət kompensasiya odəmədi. Sözsüz ki, bu faktor evlərin qiymətinə təsir edir".

Əli Məmmədov sözugedən ərazilərdə mövcud tikinti qaydalarına uyğun evlərin inşa olunduğunu da bildirib. Onun sözlərinə görə, həmin evlərin qiyməti sabit olaraq qalır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır