Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır.
Bakının əsas prospektində sıxlıq yaranıb.
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev prospekti kənar yolda (Koroğlu metrostansiyası istiqamətində) avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Tıxaca səbəb ərazidə “Azərsu” ASC tərəfindən aparılan qazıntı işləri göstərilir.
Sürücülərdən alternativ olaraq H.Əliyev prospekti orta yoldan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.//oxu.az