Bakının mənzərəsi dəyişəcək YENİ LAYİHƏ - VİDEO

Bakının mənzərəsi dəyişəcək YENİ LAYİHƏ - VİDEO
SOSİAL
22:54 06.06.2026
252
Köhnə yaşayış fondunun yenilənməsini nəzərdə tutan "Bakı Şəhərinin Baş Planı 2040"-a əsasən abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır. Bir sıra ərzilərdə yeni dəhliz və tramvay xəttlərinin inşası, metro və tunellərin tikintisi və parkların genişləndirilməsi nəzərdə tutulub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, paytaxtın bir sıra rayonlarını əhatə edən, qəzalı və istismar müddətini başa vurmuş ərazilər sökülür, bərpa və yenidənqurma işləri aparılır.

Vüqar Oruc bu layihələrin çox böyük investor dəstəyinə ehtiyacı olduğunu və həyata keçirilməsində dövlət dəstəyi ilə yanaşı investor marağının da önəmini vurğulayıb.

O, həmçinin bu prosesin obyektiv ekspert kimi çıxış edən qiymətləndiriciyə həvalə olunmasının daha effektiv olacağını bildirib.

OXŞAR XƏBƏRLƏR