Bakının mərkəzində aksiya - 10 nəfər saxlanıldı

Bakının mərkəzində aksiya - 10 nəfər saxlanıldı
Bütün Xəbərlər
14:29 24.09.2012
1354
Bu gün bir qrup şəxs Bakıda, Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.
Onlar Fransada çıxan "Charlie Hebdo" jurnalında islam peyğəmbərinin karikaturasının dərc edilməsinə etiraz bildiriblər. “Faktxeber.com” saytı xəbər verir ki, aksiya iştirakçıları "La ilahə illəllah", "Canımız sənə fəda, Ya Rəsulallah", "Məhv olsun Fransa", "Allahu Əkbər" şüarları səsləndiriblər. Aksiyada 10 nəfər saxlanılıb. Onlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.
OXŞAR XƏBƏRLƏR