Bakının mərkəzində bahalı maşın yandı- VİDEO

Bakının mərkəzində bahalı maşın yandı- VİDEO
Bütün Xəbərlər
16:25 09.12.2014
1242

FHN məlumat yaydı.

Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yanğın lüks sinfindən olan “BMW X6” markalı avtomobilin mühərrik hissəsində baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin qalan hissəsini yanğından mühafizə ediblər.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində yaranan qısaqapanma səbəb olub.

Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR