Bakının mərkəzində peyda olan bu avtomobil hər kəsi təəcübləndirdi - ÖZƏL VİDEO

Bakının mərkəzində peyda olan bu avtomobil hər kəsi təəcübləndirdi -  ÖZƏL VİDEO
Bütün Xəbərlər
01:10 29.12.2014
21955
Bakının mərkəzində müəmmalı nömrə ilə avtomobil idarə edən şəxs peyda olub.
AZXEBER.COM-un əməkdaşının lentə aldığı kadrlar Bakının Xətai metrosunun önündə çəkilib. Görüntülərdən bəlli olur ki, T 909 HC nömrəli "Volkswagen" Bakı küçələrində sərbəst şəkildə hərəkət edir. Avtomobili şəhərdə görənlər onun Ermənistan nömrə nişanlı olduğunu yazıblar. Buna səbəb nömrənin üzərində olan bayraqdır. Belə ki, Ermənistan bayrağına bənzəyən bayraq görənləri şoka salıb.
AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu avtomobil Moldova dövlətinin Dnestryanı separatçı bölgəsində qeydiyyatdan keçib və bu bayraqla Moldovada yüzlərlə avtomobil var.  T 909 HC nömrəli "Volkswagen"in Azərbaycana necə keçməsi haqda isə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR