Bakının mərkəzində qadına qarşı vəhşilik

Bakının mərkəzində qadına qarşı vəhşilik
Bütün Xəbərlər
18:46 23.09.2014
2284
Ailənin səs-küyləri ətrafa yayılıb.
Bu gecə şəhərin mərkəzini gənc ailə ayağa qaldırıb. Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi ev 2/15-də, “beşmərtəbə” adlanan binada sakinlər gənc qadının qışqırığına yuxudan oyanıblar.
AZXEBER.COM xəbər verir ki, sakinlərin Milli.Az-a verdiyi məlumata görə, cavan qadın özünü beşinci mərtəbədəki mənzilin eyvanından aşağı atmaq istəyirmiş. Səbəb isə ərin həmin qadını döyməsi olub. Həmin binaya yenicə kirayənişin kimi köçən ailədə münaqişə zamanı ər arvadını döyüb və qadın da özünü öldürmək istəyib.
Qonşular polis və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini çağırıblar. Polis gələndə isə kişi evdən qaçıb. Mənzilin qapısı bağlı olduğundan qadını fikrindən daşındırmaq üçün həmin evi onlara kirayə verən sahibi çağırılıb. Mənzilin əlavə açarı vasitəsilə qapı açılıb qadın fikrindən daşındırılıb.
Qonşulardan öyrəndik ki, dünən baş verən hadisədən qabaq da gənc ailə dava edib, səs-küyləri ətrafa yayılıb.
OXŞAR XƏBƏRLƏR