Bakının mərkəzində, "28 May" metrostansiyası ətrafında yerləşən "Nənəmin təndiri" mağazasında yanğın baş verib.
Hadisə yerində olan reportyorumuzun verdiyi xəbərə görə, yanğınla əlaqədar olaraq Süleyman Rəhimov küçəsinə 3 yanğınsöndürən maşın gəlib. FHN-nin yanğınsöndürənləri yanğının lokallaşdırılması üçün tədbirlər görməyə başlayıblar.
Əməkdaşımız hadisə yerindən şəkillər və videogörüntü çəkib. Həmin görüntüləri təqdim edirik. (musavat.com)