Bülbül prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində yeni mehmanxana binasının tikintisinə başlanılıb. Bu barədə Day.az saytına işi icra edən podratçı şirkətdən məlumat veriblər: “Sökülən “Cənub” mehmanxanasının yerində yeni və müasir otel tikilir. Otel eyni adı daşıyacaq”.
Podratçı şirkətin nümayəndəsinin verdiyi məlumata görə, bina 8 mərtəbədən ibarət olacaq. Binanın layihəsi 1-2 aya tam hazır olacaq. Tikinti işlərinin isə 1,5-2 il ərzində tamamlanması nəzərdə tutulur.