Bakının mərkəzində yeni təhlükə - Sakinlər təxliyə oluna bilər

Bakının mərkəzində yeni təhlükə - Sakinlər təxliyə oluna bilər
SOSİAL
09:43 11.08.2026
829
Xəbər verdiyimiz kimi, avqustun 9-da Bakının Xətai rayonunda yanacaq çənində güclü yanğın baş verib. Paytaxtın strateji ərazilərindən birində bu kimi yanacaq çənlərinin, boru xətlərinin, neft bazalarının, yanacaq depolarının və neft emalı zavodunun yerləşməsi ciddi təhlükə mənbəyi hesab olunur.

Bakıda yanacaq çənində baş verən yanğın nədən xəbər verir? Bu müəssisələrin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ gündəmdə idi. Bəs hazırda bu istiqamətdə vəziyyət necədir?

AZXEBER.COM xəbər verir ki, globalinfo.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev deyib ki, Bakıda yanacaq çənində baş verən yanğını bir obyektin lokal problemi kimi qiymətləndirmək olmaz:

"Bu hadisə paytaxtda sıx yaşayış massivlərinə yaxın ərazilərdə yüksək təhlükəli neft-qaz infrastrukturunun yerləşməsinin yaratdığı texnogen riskləri yenidən gündəmə gətirir. Yanacaq çənləri, neft bazaları, magistral və texnoloji boru xətləri, depolar və neft emalı müəssisələri ilə bağlı risk yalnız yanğınla məhdudlaşmır. Burada zəncirvari yanğın, partlayış, toksik tüstünün yayılması və geniş ərazinin təxliyəsi zərurəti yarana bilər”.

Ekspert xatırladıb ki, vaxtilə belə sənaye obyektlərinin şəhərdən kənara çıxarılması məsələsi müzakirə olunurdu:

"Lakin hazırda açıq rəsmi məlumatlarda neft emalı zavodunun köçürülməsi istiqamətində konkret icra müddəti görünmür. Əsas istiqamət modernləşmədir. Bakı kimi əhalinin sıx yaşadığı ərazilərdə məsələ yenidən kompleks şəkildə qiymətləndirilməlidir”.

S.Nəbiyevin sözlərinə görə, burada iqtisadi maraqlardan əlavə, insan həyatı, şəhərin təhlükəsizliyi və fövqəladə hallara dayanıqlılıq əsas götürülməlidir:

"Əsas vacib nüansa da diqqət çəkək. Bütün neft emalı zavodlarının Bakıdan çıxarılmalı olduğunu demək də doğru olmazdı. Boru xətləri və strateji istehsalat infrastrukturu üzrə ayrıca kəmiyyət qiymətləndirilməsi aparılmalı, fərdi və sosial risk zonaları hesablanmalı, nəticəyə əsasən modernləşmə, əlavə mühafizə zonalarının yaradılması və digər qərarlar verilməlidir. Yəni məsələ emosional yox, risk hesablamalarına əsaslanan yanaşma ilə həllini tapmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR