Bakının mərkəzindəki bu küçə 3 gün bağlı olacaq

Bakının mərkəzindəki bu küçə 3 gün bağlı olacaq
SOSİAL
17:17 03.02.2022
417
Sabahdan başlayaraq 3 gün ərzində Bakının Yasamal rayonunun Bəsti Bağırova küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR