Bakının məşhur restoranının fırıldağının üstü açıldı - FOTO

Bakının məşhur restoranının fırıldağının üstü açıldı -  FOTO
Bütün Xəbərlər
00:55 29.12.2013
4524

"Elbara" restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZXEBER.COM verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Elbara" restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur.

Bundan başqa, mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilib, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR