Bakının Zığ şossesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə gün ərzində Zığ şossesində (Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Hərəkət yolun 2 zolağı üzrə məhdudlaşdırılacaq.