Ötən gün saat 15:30 radələrində Bakının Səbail rayonu ərazisində ehtiyatsızlıqdan faciəvi hadisə baş verib.Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, hadisə yeni inşa olunan 8 mərtəbəli yaşayış binasında baş verib.Belə ki, həmin binanın tikintisində işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində ölüb.İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.