Bu gün səhər saat 6:00 radələrindən başlayaraq Bakı və Abşeron yarımadasına qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında anomal kəskin soyuq hava şəraiti davam edəcək.