Bakıya yeni avtobuslar gətirildi

Bakıya yeni avtobuslar gətirildi
Bütün Xəbərlər
11:48 25.02.2014
1359
Bu avtobuslar üç marşrut xəttinə buraxılıb.
Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan 20 ədəd yeni avtobus gətirilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, “Daewoo” markalı bu avtobuslar 2 qapılı və 24 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar istilik sistemi ilə təchiz olunub.
Qeyd edək ki, yeni avtobuslar üç marşrut xəttinə buraxılıb.
Həmin marşrutların nömrələri 85, 79 və 65-dir.
Yeni avtobuslar fərdi sahibkara məxsusdur. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.
OXŞAR XƏBƏRLƏR