Bakıya yeni vaqonlar gətirildi - FOTOLAR

Bakıya yeni vaqonlar gətirildi - FOTOLAR
Bütün Xəbərlər
15:57 27.09.2013
2231

Voronej vaqon təmiri zavoduna təmir üçün göndərilmiş vaqonların bir hissəsi Bakıya çatdırılıb.

AZXEBER.COM-un day.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, göndərilən 16 vaqondan 6-sı artıq təmirdən keçib və bu gün reysə buraxılıb. Yeni vaqonlar “Bakı-Balakən” marşrutu ilə hərəkət edən qatara qoşulub.Həmçinin təmir üçün Dneporpetrovsk vaqon təmiri zavoduna da 60 vaqon göndərilib. Onlardan 46-sı təmirdən keçib və Bakıya qaytarılıb.

OXŞAR XƏBƏRLƏR