“Baku Creative Center”in açılış sərgisi olacaq

GƏNCLİK
22:09 26.01.2012
1944
Yanvarın 28-də Bakıda yeni incəsənət və yaradıcılıq mərkəzinin-   “Baku Creative Center”in  açılış sərgisi olacaq.Mərkəzin koordinatoru Vüsal Bəkirovun AZXEBER.COM-a verdiyi məlumata görə, yeni fəaliyyətə başlamış “Baku Creative Center” (Bakı Yaradıcılıq Mərkəzi) Azərbaycan mədəniyyət və incəsənətinin ölkəmizin hüdudlarından kənarda təbliği, imicinin xarici ölkə nümayəndələrinin beynində möhkəmlənməsi, təbliğatın PR strategiyasının hazırlanması, kreativ ideyaların reallaşdırılması və yaradıcı insanların inkişafına yardım edəcək.  “Baku Creative Center”in (Bakı Yaradıcılıq Mərkəzi) açılışı Həsən Abdullayev küçəsi 6 (M.F.Axundov parkının yaxınlığı) ünvanında saat 17-00-da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR