'Baku Crystall Hall'da tikinti işləri son mərhələdədir
Bütün Xəbərlər
14:33 23.02.2012
2402
Bu il Azərbaycanda keçiriləcək “Eurovision-2012” üçün inşa edilən “Baku Crystall Hall”da tikinti işləri artıq son mərhələdədir. AZXEBER.COM-un eurovision.az saytına istinadən verdiyi məlumata görə, hazırda zalın üzərində kristallar quraşdırılmaqdadır. “Baku Crystall Hall”ın yaxınlığında isə müsabiqədə akkreditasiya olunan jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi inşa olunur. Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edəcək. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.