Katarakt

Baku Medical Plaza Babək filialında 2 gündə 2 körpənin həyatı xilas olundu - FOTO

Bütün Xəbərlər
12:20 30.04.2016
8225

Uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Op. Dr. Aqil Abilovdan növbəti uğur.

Baku Medical Plaza Babək filialında 2 gündədaha 2 körpənin həyatı xilas olundu.Xəstəxanadan AZXEBER.COM-a verilən məlumatda deyilir:

"Baku Medical Plazanın Babək filialında doğulan bir körpədə ödlü qusma olması səbəbi ilə axşam saatlarında uşaq cərrahiyyəsində konsultasiya edildi.

Ödlü qusma körpələrdə sıx rast gəlinsə də, adətən təhlükəli olmamaqda və çox hallarda öz-özünə düzəlməkdədir. Ancaq bu uşaqda narahat olduq və tez araşdırmağa qərar verdik. Aparılan müayinələr nəticəsində orta bağırsağın burulması və malrotasiyadan şübhə edilərək təcili olaraq əməliyyat qərarı verdik. Əməliyyatda diaqnoz təsdiqləndi ve uğurlu əməliyyat aparıldı.

Üzərindən daha 24 saat keçməmişdi ki, başqa bir körpə ödlü qusma dianozu ilə xəstəxanaya gətirildi. Bir öncəki gecənin yorğunluğu üzərimizdə olsa da, xəstəni görməyə gəldik ve araşdırmada yenə eyni problemin olduğundan şübhələnildi. Yenə təcili olaraq əməliyyata aldıq ve diaqnoz təsdiqləndi. Əməliyyat uğurla nəticələndi.

Malrotasiya (yəni bağırsaqların ana bətnindəykən dönüşünü tamamlaya bilməməsi) və bununla bağlı olaraq orta bağırsağın burulması anadəngəlmə bir qüsur olub heç də sıx rast gəlinən bir vəziyyət deyil. Orta bağırsaq burulmasında adətən bağırsaqlar çürüməyə başladıqdan sonra qarında şişməyə səbəb olduqdan sonra diaqnoz qoyulduğu üçün əməliyyata gecikilmiş olur və bütün bağırsaqlar itirilmiş olduğundan ölümcül ola bilər. Bir neçə saat belə bütün bağırsaqların itirilməsi üçün kifayət edə bilir.

Hər iki körpə erkən diaqnoz və erkən cərrahiyyə ilə xilas edilmiş oldu. Əməliyyatdan sonrakı baxımı Baku Medical Plaza Babək filialı Neonatologiya şöbəsində uğurla icra edildi, əməliyyatdan sonra körpə 5-ci günündə yedizdirilməyə başlandı. Hər iki uşaq hal-hazırda evdədir və vəziyyətləri əladır.

Baku Medical Plaza Babək filialı uşaq cərrahiyyəsi, pediatriya və neonatolgiya komandası olaraq hər zaman uşaqların keşiyindəyik. Bütün dünyada icra olunan əməliyyat və müalicələri ölkəmizdə də eyni keyfiyyətdə icra etməyə çalışırıq. Məqsədimiz nəinki ölkəmizdən bir çox sağlıq probleminə görə xarici ölkələrə getmək məcburiyyətində qalan xəstələrimizə öz vətənimizdə xidmət etmək, eyni zamanda xaricdən ölkəmizə xəstələrin gəlmək istəyəcəyi keyfiyyətdə bir xidmət verə bilməkdir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:03 30.07.2021

Ucarda pandemiya qaydalarının toy məclislərində pozulması aşkarlandı

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"