Balakəndə evdə partlayış olub:- Ər və arvad xəsarət alıb

Balakəndə evdə partlayış olub:- Ər və arvad xəsarət alıb
Bütün Xəbərlər
12:37 20.11.2013
708
Azərbaycanda yaşayış evində baş verən partlayışda ər və arvad xəsarət alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Balakən rayonunun Qullar kəndində 49 yaşlı Ramazan Umarovun evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə R. Umarov və həyat yoldaşı 51 yaşlı Ziyafət xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR