Balakişi Qasımov yeni vəzifəyə seçildi

Balakişi Qasımov yeni vəzifəyə seçildi
SOSİAL
13:13 05.12.2025
828
Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

AZXEBER.COM AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Tədbirdə AQF rəhbərliyinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.

İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.
OXŞAR XƏBƏRLƏR