Bağlanan bankların əmanətçilərinin NƏZƏRİNƏ - Təzminatların alınması üçün şərtlər açıqlandı

İQTİSADİYYAT
22:58 23.05.2020
1030

Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank” ASC və "Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Atabank” ASC və "Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "Atabank” ASC və "Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində "Kapitalbank” ASC seçilmişdir.

 

"Atabank” ASC və "Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

"Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq "Atabank” ASC və "Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.  

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.  

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan "Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan "Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

"Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən "KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:29 19.09.2020

MAG 9-cu mövsümünə start verir - VİDEO

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

16:08 19.09.2020

“Şalvar götürəndən sonra həyətə girə bildim” - “Şortik” qalmaqalı davam edir

15:45 19.09.2020

BMT milyarderlərdən kömək istədi

15:30 19.09.2020

MTX-nin keçmiş direktoru: "Ermənistanda ciddi siyasi hadisələr olacaq"

15:23 19.09.2020

"Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib" - İlham Əliyev

15:18 19.09.2020

Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”

14:46 19.09.2020

Prezident: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

14:14 19.09.2020

Paşinyanın arvadı növbəti dəfə erməni qadınlar üçün hərbi təlimlər keçirəcək

14:10 19.09.2020

Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı

13:58 19.09.2020

Prezident yerli telekanallara müsahibə verdi

X Mostbet