“Bandotdel” əməkdaşları "patı" satanları ələ keçirdi, üstlərindən tapança çıxdı - VİDEO

“Bandotdel” əməkdaşları "patı" satanları ələ keçirdi, üstlərindən tapança çıxdı - VİDEO
KRİMİNAL
18:17 23.12.2021
608
Polis əməliyyat keçirib, narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.

Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd "Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib.

Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2500 ədəd metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan 4 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarənin paytaxt, eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan ikisi qadın olmaqla daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3118 ədəd psixotrop tərkibli həb çıxarılıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
15:25 08.11.2026
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
15:19 08.11.2026
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
15:10 08.11.2026
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
15:09 08.11.2026
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
15:03 08.11.2026
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
15:01 08.11.2026
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
14:54 08.11.2026
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
Şuşada liderlərin təkbətək görüşü keçirilir
14:53 08.11.2026
Şuşada liderlərin təkbətək görüşü keçirilir
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
14:45 08.11.2026
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
14:33 08.11.2026
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
14:30 08.11.2026
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
14:27 08.11.2026
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
14:19 08.11.2026
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:13 08.11.2026
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb