“Bandotdel”dən əməliyyat: Beynəlxalq narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı

“Bandotdel”dən əməliyyat: Beynəlxalq narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı
KRİMİNAL
15:31 10.11.2021
531
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir norkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Baş İdarəyə paytaxt sakini olan Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq Baş İdarəyə gətirilib. Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı altı ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin və 130 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən edilib ki, Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsi ilə narkotik vasitələr paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilərək qanunsuz dövriyyəsi təşkil edilib. Aydın Məmmədovun bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.

Aşkar edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu