"Bank Avrasiya"nın kredit və depozit portfeli azaldı

"Bank Avrasiya"nın kredit və depozit portfeli azaldı
İQTİSADİYYAT
11:04 14.04.2025
402
"Bank Avrasiya” 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

AZXEBER.COM banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ərzində "Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 64.6% artaraq 1 milyon 976 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 1 milyon 201 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 10.1% artaraq 3 milyon 961.4 min manat, faiz xərcləri isə 5.2% azalaraq 574.4 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 717.4 min manata ( illik müqayisədə 35.6% çox ), qeyri-faiz xərcləri isə 2 milyon 255 min manata ( illik müqayisədə 35.9% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 389 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 6.5% azdır. Hesabat dövründə bankın xalis mənfəətinin artması əməliyyat mənfəətinin artması ilə deyil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırmalar ( 342.2 min manat) və gözlənilməz fəaliyyət növlərindən gəlirlər ( 245.6 min manat) hesabına olub.

Cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.3% və ya 4.6 milyon manat azalaraq 196 milyon 400 min manata enib. Cari ilin ilk 3 ayında "Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 4.5 milyon manat azalaraq 131 milyon 627 min manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 15.1 milyon manat , biznes kreditləri 59.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 57.3 milyon manat təşkil edib.

Bu dövrdə "Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.5% və ya 6.4 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 3 ayında 8.9% və ya 5.6 milyon manat azalaraq 57 milyon 380 min manata enib.

2025-ci il aprel ayının 1-nə "Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.2% və ya 1 milyon 850 min manat azalaraq 86 milyon 494 min manat təşkil edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
20:50 18.04.2025
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
"WhatsApp"dan yenilik
20:33 18.04.2025
"WhatsApp"dan yenilik
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
20:26 18.04.2025
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
20:15 18.04.2025
Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
19:57 18.04.2025
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
19:49 18.04.2025
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
19:37 18.04.2025
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
19:24 18.04.2025
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
Putin İranın ali liderinə məktub göndərib
19:13 18.04.2025
Putin İranın ali liderinə məktub göndərib
Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
18:59 18.04.2025
Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb
18:39 18.04.2025
ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
18:25 18.04.2025
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar - FOTOLAR
18:24 18.04.2025
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar - FOTOLAR
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır
18:11 18.04.2025
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib
17:56 18.04.2025
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib
Bəraət alan Serj Sarkisyanın hökmü ləğv edilib
17:45 18.04.2025
Bəraət alan Serj Sarkisyanın hökmü ləğv edilib