Bank əməkdaşlarının həbs xəbərini yalanladı

Bank əməkdaşlarının həbs xəbərini yalanladı
Bütün Xəbərlər
15:43 26.05.2015
857

“Bank Technique” kütləvi informasiya vasitələrində bir sıra əməkdaşlarının həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, bankın yaydığı məlumatda qeyd olunur ki, son günlər bir sıra informasiya resursları tərəfindən "Bank Technique" ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb. “Bankın adı KİV nümayəndələri tərəfindən “kütləvi həbslər” və “kredit qalmaqalı” adlandırılan yazılarda qərəzli şəkildə hallanır. Bununla bağlı Bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib. Bank bu növ qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir. Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır”, - deyə bankın məlumatında qeyd edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
23:06 08.08.2025
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı
23:03 08.08.2025
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı