Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən…

Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən…
SOSİAL
00:08 06.08.2026
227
Xəbər verdiyimiz kimi, Azərbaycanda bank kartlarına nağdsız mədaxil əməliyyatları üzrə yeni məhdudiyyətlər tətbiq olunacaq.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı artıq bir sıra banklar müştərilərinə SMS və mobil tətbiq üzərindən bildirişlər göndərməyə başlayıb.

Bildirişlərdə qeyd olunur ki, 6 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması məqsədilə kartlara nağdsız mədaxil əməliyyatları üzrə yeni limitlər qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, bir karta gün ərzində nağdsız mədaxil əməliyyatlarının sayı maksimum 5, aylıq ümumi mədaxil məbləği isə 20 000 manat olacaq.

Kartlardan həyata keçirilən köçürmələrə isə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.
OXŞAR XƏBƏRLƏR