Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!
İQTİSADİYYAT
16:53 17.10.2025
861

Ölkənin aparıcı banklarından olan Bank of Baku 2025-ci ilin 3-cü hesabat dövrünü uğurla başa vurub. Maliyyə hesabatlarını açıqlayan Bank of Baku, bir çox maliyyə göstəriciləri üzrə artım tempinə sahibdir.

 

İstehlak kreditləri üzrə ilk 3-dədir!

 

Cari ilin 3-cü rübündə bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artım deməkdir. Nəticədə Bank of Baku istehlak kreditləri üzrə ölkənin TOP 3 Bankı sırasına daxil olub.

 

Bankın ümumi kredit portfeli isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 872 milyon 371 min manat təşkil edib. Bu artım bankın müştəriləri üçün təqdim etdiyi məhsullar, çevik rəqəmsal həllər və müştəri yönümlü strategiyanın uğurlu nəticəsidir.

 

Eyni zamanda, Bank of Baku-nun xalis mənfəəti də 20 % artaraq 24 milyon manat olub. Bu artım bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.

 

Cari dövrün hesabatına əsasən Bank of Baku-nun ümumi aktivləri ötən il ilə müqayisədə 20 % artaraq 1,117 milyard manat, kapitalı isə 8 % artımla 168,9 milyon manat təşkil edib.

 

Bu nəticələr onu göstərir ki, Bank bazar payını qorumaqla yanaşı, dayanıqlı inkişaf, maliyyə sabitliyi, müştəri məmnuniyyəti və eyni zamanda rəqəmsal innovasiya istiqamətində fəaliyyətini gücləndirərək davam etdirir.

 

Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

 

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir