“Bank Respublika” müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır

“Bank Respublika” müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır
İQTİSADİYYAT
10:51 20.10.2025
697

Hər il oktyabr ayında dünyada "Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.

"Bank Respublika” bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.

"Bank Respublika” müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.

"Bank Respublika” müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:

- Şəxsi məlumatlarınızı paylaşmayın

"Bank Respublika” heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir.

- Klik etməzdən əvvəl düşünün

Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın.

- Hesablarınızı gücləndirin

Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən güclü qoruma üsuludur.

- Kart məlumatlarınızı qoruyun

Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər.

- Bildirişləri aktiv saxlayın

 
 
 

 

SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir.

- Yalançı lotereya və müsabiqələrə inanmayın.

Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız "Bank Respublika”nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar edin.

- Təhlükəsiz şəbəkədən istifadə edin

İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin.

- Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin

"App Store” və ya "Google Play”dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.

- Sosial şəbəkələrdə ehtiyatlı olun

Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər.

"Bank Respublika” hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr: "Facebook”, "Instagram”, "LinkedIn”, "Telegram”

Çağrı Mərkəzi: 144

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir