Bankların filialları bağlanmağa başlayıb

Bankların filialları bağlanmağa başlayıb
Bütün Xəbərlər
11:43 08.01.2016
2703
Unibankın Sumqayıtdakı filiallarından biri bağlanıb.
Mənbənin sözlərinə görə, bankın şəhərin mərkəzində - "Bazar Store" ticarət mərkəzinin arxasındakı filialı bağlanılıb. Bankın önünə vurulan xəbərdarlıq lövhəsində qeyd olunub ki, bağlanan filial Unibankın "14 mərtəbə" adlanan ərazidəki filialına köçürülüb və bu dəyişiklikdə məqsəd bankın fəaliyyətindəki optimallığı təmin etməkdir. Məlumat üçün qeyd edək ki, manatın sonuncu devalvasiyasından sonra Sumqayıtda bir sıra banklar öz filiallarını birləşdirib ki, bu da banklarda növbələrin yaranmasına, vətəndaşların bu növbələrdə vaxt və əsəb itirməsinə səbəb olur. 
Qeyd ədək ki, dünən Bank Respublikanın Göyçay filialı fəaliyyətini dayandırıb. Bununla bağlı müştərilərə xəbərdarlıq mesajı göndərilib. Mesajda qeyd olunur ki, 01.02.2016- cı il tarixdən etibarən bank filialı fəaliyyətini dayandırır.
///Moderator.az
OXŞAR XƏBƏRLƏR