Bankomatlardan oğurluq edənlərə pis xəbər – Polis həmin an xəbər tutacaq

Bankomatlardan oğurluq edənlərə pis xəbər –  Polis həmin an xəbər tutacaq
Bütün Xəbərlər
16:44 23.02.2015
4763

Vətəndaşların bankomatlardan kartlar vasitəsi ilə pul çıxarmalarında təhlükəsizliyin tətbiq edilməsi ilə əlaqədar yeniliklər tətbiq edilib.

AZXEBER.COM xəbər verir ki, əgər vətəndaş bankomatdan pul çıxardığı zaman, basqına, təzyiqə məruz qalarsa, pullarını itirmək təhlükəsi ilə üz-üzə qalarsa, bu halda bankomatda ya sıra ilə aşağıdan yuxarıya - 1, 2, 3, 4 rəqəmləri ardıcıllıqla yığmalı, ya da əksinə, yuxarıdan aşağıya sıra ilə - 4, 3, 2, 1 rəqəmləri ardıcıllıqla yığılmalıdır. Nəzərinizə çatdırırıq ki, bu halda avtomatik olaraq Siz artıq düşdüyünüz xoşagəlməz durum, problem, təhlükə ilə bağlı aidiyyəti qurumlara , polisə məlumat vermiş olacaqsınız.

Qeyd edək ki, bankomatdan pul çıxaran zaman sadə vətəndaşlar - əksər hallarda isə qoca, yaşlı insanlar bir çox hallarda təəssüflər olsun ki, bankomatlardan pul çıxardıqları zaman basqınlara, təzyiqlərə məruz qalırlar. Sözsüz ki, təhlükəsizlik tədbirlərinin görülməsi bu baxımdan təqdirəlayiqdir.

Orxan

 

OXŞAR XƏBƏRLƏR