BANM-da rekord sayda Prezident təqaüdçüsü

BANM-da rekord sayda Prezident təqaüdçüsü
SOSİAL
18:45 04.10.2025
280
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. 

AZXEBER.COM xəbər verir ki, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir. 

BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.


 

 


OXŞAR XƏBƏRLƏR