Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qadın tutulub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Nəsimi rayonu ərazisindəki barların birində şəhər sakini Anar İsmayılovun 100 dollar və 400 manat pulu oğurlanıb. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramilə Məmmədzadə tutulub.