Obama bu görüşü reallaşdırmaq üçün artıq ABŞ Kaliforniya ştatına yollanıb. Ağ ev Prezidentin səfəri ilə bağlı açıqlama yayıb: "Bu gün Obama "Facebook" vasitəsi ilə amerikalılarla iqtisadiyyat barədə danışacaq. Prezident vətəndaşları ilə mürəkkəb məsələləri müzakirə edəcək. Xüsusi ilə iqtisadiyyatı maliyyə nöqteyi-nəzərindən daha uğurlu yola qaytarmaq barədə söhbətlər aparacaq. Görüşdə həmçinin ABŞ-ın rəqabəti mümkün olan innovasiyalara sərmayə ayırmaq məsələsi də müzakirə ediləcək".