Barak Obama Qurban bayramı münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanladı

Barak Obama Qurban bayramı münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanladı
Bütün Xəbərlər
08:18 30.10.2012
843
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Qurban bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident, mən mübarək Qurban bayramı münasibətilə dünya müsəlmanlarına ən xoş arzularımı çatdırır və Həcc ziyarətini həyata keçirməklə ömürlük amallarına çatmış insanları təbrik edirəm. Ötən illərdə olduğu kimi, minlərlə amerikalı müsəlman bu il də Məkkəyə dua və ibadət üçün toplaşmış üç milyon zəvvarın sırasındadırlar.Müsəlmanlar Qurban bayramını ailələri və dostları ilə qeyd edərkən, eyni zamanda, ehtiyacı olanlara qurban payı verir və beləliklə dini icmaların imkansızlara əl tutmaq işində oynadıqları vacib rolu vurğulayırlar. Bütün dünyada müsəlman icmaları humanitar fəlakətlərə uğramış, aclıq, xəstəlik və münaqişədən əziyyət çəkən insanlara kömək etmək işində digər dini etiqadların nümayəndələri ilə birlikdə olublar.Qurban bayramı və Həcc ziyarəti İbrahim peyğəmbər inamı ilə ümumi köklərin xatırlanması işinə xidmət edərək bütün əsas dinlərin ortaq dəyərlərə malik olmasını, o cümlədən yardıma ən çox ehtiyacı olanlara kömək göstərilməsinin vacibliyini vurğulayır.Amerika xalqı adından mən Sizi və xalqınızı bu əziz və müqəddəs bayram münasibətilə təbrik edirəm. Bayramınız mübarək”.
OXŞAR XƏBƏRLƏR