Baramada daha bir yenilik

Baramada daha bir yenilik
İQTİSADİYYAT
16:17 06.04.2018
6225

Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başladı


Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan "Happy Moments” artıq fəaliyyətə başlayıb.


"Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.


Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı "Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir.

Portal hədiyyə seçimini sürətləndirmək üçün "Hədiyyələr” və "Kim üçün” adlanan menyularla mövcud hədiyyələr üzrə 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir.


"Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən "Aktiv İdman”, "Kurslar və treninqlər”, "Əyləncə”, "Fotosessiya və portret”, "Səyahət və turlar”, "Gözəllik” və "Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.


"Kim üçün” adlanan menyu isə "xanımlar”, "bəylər”, "uşaqlar”, "cütlüklər” və "valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.

Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır.

"Happy Moments” portalının digər üstünlüyü hədiyyə seçimi etməkdə çətinlik çəkən müştərilər üçün təklif edilən xüsusi "Happy Moments Hədiyyə Kartı” – dır. Müxtəlif məbləğlərdən ibarət hədiyyə kartını almaqla siz, hədiyyə edəcəyiniz şəxsə sərbəst seçim imkanı yaradır və hədiyyə edilən şəxs öz istəyinə uyğun seçim edir.

"Happy Moments” satışları ümumilikdə pərakəndə satış və korporativ sektor olmaqla, iki istiqamətdə həyata keçirilir. Pərakəndə satış online olaraq hər kəs üçün, korporativ satışlar isə şirkət əməkdaşları üçün nəzərdə tutulduğundan offline olaraq həyata keçirilsə də, şirkətlərin hədiyyə olaraq əsas üstünlük verdiyi "Happy Moments Hədiyyə Kartı”- nın son seçimi də hədiyyəni qəbul edən şəxslər tərəfindən online olaraq həyata keçirilir.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra müstəqil şirkətlər yaranıb. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi