Şəmkirdə iki gün əvvəl dalaşan qonşular barışmaq üçün görüşsələr də, yenidən dava ediblər. Mübahisə zamanı onlardan biri digərini bıçaqlayıb. Ağır xəsarətlər alan 64 yaşlı kişi xəstəxanaya çatdırılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib.
Qonşuluqda yaşayan və hər ikisi təsərrüfatla məşğul olan şəxslər arasında daha əvvəl hər hansı dava-dalaşın qeydə alınmadığı bildirilir. Odur ki, baş vermiş hadisə onların yaxınlarını da təəccübləndirib.
Hadisədən sonra qətldə şübhəli bilinən 53 yaşlı Sadıx İsmayılov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.











































