Barro: Ukraynanın ərazisi ilə bağlı məsələ xalqın iştirakı ilə həll edilməlidir

Barro: Ukraynanın ərazisi ilə bağlı məsələ xalqın iştirakı ilə həll edilməlidir
DÜNYA
04:36 17.11.2026
66
Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində ərazi məsələləri Donbas və Krım sakinləri də daxil olmaqla, bütün xalqın iştirakı ilə həll edilməlidir.

AZXEBER.COM-un Avropa bürosu xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, bu ərazilərin əhalisinin ayrıca səsverməsi ideyasını rədd edib.

"Beynəlxalq hüquq tamamilə aydındır: ərazi məsələləri bütövlükdə Ukrayna xalqının öz iradəsini ifadə etməsi yolu ilə həll oluna bilər", - Barro deyib.

İfrat solçuların lideri və Fransa Prezidentliyinə namizəd Jan-Lük Melanşon bu ərazilərin gələcəyi ilə bağlı Donbas və Krım sakinləri arasında məsləhətləşmələrin keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Barronun sözlərinə görə, belə bir yanaşma Rusiya Prezidenti Vladimir Putinin hələ 2014-cü ildə irəli sürdüyü mövqeyə uyğundur.

Barro Aİ-nin 22-ci sanksiyalar paketinin, xüsusilə Rusiyaya benzin ixrac edən qurumlara qarşı sanksiyaların hazırlanmasının tərəfdarı kimi çıxış edib. O, həmçinin dekabrın 4-də Parisdə Rusiyanın kölgə donanmasına qarşı mübarizəyə dair beynəlxalq konfransın keçiriləcəyinin anonsunu verib.
OXŞAR XƏBƏRLƏR