Barrozzu təndir çörəyi yedi

Bütün Xəbərlər
13:05 14.01.2011
2115

Avropa Komissiyasının sədri Jose Manuel Barrozu İçəri Şəhərdə gəzintidə olub. Öncə qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranması tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib. Qonaqlar Qız Qаlаsının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı aşkar olunmuş Sıratağlı dini-memarlıq kompleksindəki (“Bazar Meydanı”) bədii daşyonma sənətinin nümunələrinə baxıblar.

Cənab Barozzuya unikal memarlıq quruluşlu, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olan Qız Qalası abidəsi barəsində ətraflı informasiya verilib. ХV əsrin sоnundа İçəri Şəhərin ticаrət mаgistrаlının üzərində tikilmiş Buxara karvansarasında olarkən orta əsrlərdə karvansaraların təyinatı barədə maraqlı məlumatlar qonağın diqqətinə çatdırılıb.

Qonaqlar İçəri Şəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq olublar. Məhəmməd Məscidində qonaqlar burada aparılmış muzey- konservasiya işləri barədə məlumatlandırılıblar. 

“Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda cənab Barozzu burada sərgilənən rəsm əsərlərinə tamaşa edib. 

Təqdim olunan xatirə hədiyyələri arasında “İçəri Şəhərin simaları”nın yer aldığı təqvim qonağın xüsusi marağına səbəb olub və cənab Barrozu təqvimdə əks olunan kuklaların qeyri-adiliyini vurğulayıb. 
Sonda qonaq İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb və Qədim Şəhərə heyran olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR