“Barselona” qarşısına 5 qol vurmaq tapşırığı qoyub”

“Barselona” qarşısına 5 qol vurmaq tapşırığı qoyub”
İDMAN
18:54 19.04.2017
1128

 

Çempionlar Liqasında daha iki yarımfinalçının adına bu gecə keçiriləcək oyunlardan sonra aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, diqqətlər daha çox Barselona şəhərinə yönələcək.

 

Turində keçirilmiş matçda 0:3 hesabı ilə uduzan "Barselona” öz meydanında "Yuventus”dan revanş almağa çalışacaq. Ötən mərhələnin ilk oyununda PSJ-yə 0:4 hesabı ilə məğlub olub, cavab görüşündə 6:1 hesablı qələbə qazanan kataloniyalıların yenə geridönüş edib-etməyəcəyi maraqla gözlənilir.

 

Matçdan öncə hər iki komandanın üzvləri fikirlərini bildiriblər.

 

Massimiliano Alleqri ("Yuventus”un baş məşqçisi): "Barselona” ilə matç bizim üçün yekun imtahan olmayacaq. Bu, "Yuventus”un inkişaf mərhələsində vacib oyunlardan biridi. "Yuve” hər il Avropanın ən güclü 8 klubunun sırasında yer almalıdı. Psixoloji baxımdan özümüzə çox güvənirik. Yarımfinala adlamaq üçün yaxşı şansımız var. Amma bu, Kardiffə gedən yolda, sadəcə, növbəti sınaqdı. Yəni yarımfinala vəsiqə qazanmaq Çempionlar Liqasının qalibi olmaq demək deyil”.

 

Dani Alveş ("Yuventus”un braziliyalı müdafiəçisi): "Yarımfinala çıxmaq, yolumuza davam etmək üçün çox çalışmalıyıq. "Barselona”nı turnirdən kənarlaşdıra bilsək, bu, dünyanın ən güclü komandasını istirahətə göndərməyimiz anlamına gələcək. İndiki məqamda yarımfinala adlamaq şansımız 60 faizdi”.

 

Qonsalo İquain ("Yuventus”un argentinalı hücumçusu): "Cari mövsümün gedişindən çox razıyam. Mövsümün başa çatmasına 1 aydan bir qədər çox vaxt qalıb. İştirak etdiyimiz bütün turnirlərdə çempion olmaq istəyirik. A seriyasında daha 18 xal toplamaq imkanımız var. Odu ki, sürəti azaltmamalıyıq. Turdan-tura ardıcıl 6-cı dəfə qazanacağımız Skudettoya bir qədər də yaxınlaşırıq. "Barselona” ilə matça gəlincə, bizim üçün böyük önəm kəsb edir. İlk görüşdə vurduğumuz 3 qolun mərhələ adlamaq üçün yetərli olub-olmayacağını bilmirəm. "Nou Kamp”da sona qədər "döyüşmək” lazımdı. İlk görüşdəki oyunumuzu yenə nümayiş etdirməliyik. "Barselona” PSJ ilə cavab matçında sübut etdi ki, möcüzə etmək gücündədi. Buna görə də, sayıq olmalıyıq. Amma rəqib də bizdən çəkinməlidi. "Nou Kamp”da da qol vurmağa çalışacağıq. Növbəti mərhələyə keçmək üçün hər cür imkanımız var”.

 

Luis Enrike ("Barselona”nın baş məşqçisi): "Hazırkı durum, müəyyən mənada, PSJ ilə cavab oyunundan əvvəlki vəziyyətə oxşayır. Bu dəfə bir qədər az qol vurmalıyıq. Lakin düşünürəm ki, "Yuventus”un da matç ərzində fərqlənmək şansı olacaq. Buna görə də, "Barselona” qarşısına 5 qol vurmaq tapşırığı qoyub. Əgər erkən qol vura bilsək, "Nou Kamp”dakı dəstəyin köməyi ilə 2 və 3-cü dəfə də fərqlənə bilərik. İtirəcəyimiz bir şey yoxdu. "Barsa”nın bir çıxış yolu var: hücum, hücum, yenə də hücum. Azarkeşlərə məsləhət görərdim ki, 80-ci dəqiqədən sonra stadiondan getməsinlər. Əks halda, nəyisə buraxmış olacaqlar. Daha bir tarix yazmaq istəyirik”. 

 

Andres İnyesta ("Barselona”nın kapitanı): "İlk oyunda bizim üçün çox pis hesab qeydə alındı. Açıq danışsaq, Turində hər şeyi bərbad etdik. Buna görə də, qarşımızda çətin tapşırıq dayanır. İştirak etdiyimiz turnirin Çempionlar Liqası olduğunu unutmayaq. Amma çıxış yolunu tapmalıyıq. İnanırıq ki, mübarizənin gedişatını dəyişə biləcəyik. Məqsədimiz də budu. Oyuna nəzarəti ələ almalı, qol epizodları yaratmalıyıq. "Yuventus”a təhlükəni hiss etdirməliyik. Matçdan əvvəlki düşüncəmiz bu cürdü. Həm taktiki, həm psixoloji, həm də fiziki planda ideal oyun göstərməliyik.

Dani Alveş "Barselona”nın tarixində müqavilə imzaladığı ən yaxşı oyunçulardandı. O, kluba çox xeyir verib. Amma ötən yay yollarımız ayrıldı. Daninin İtaliyadakı karyerası da uğurlu alınır. Buna baxmayaraq, onun qarşılığında hazırkı komanda yoldaşlarımdan heç birini "Yuventus”a verməzdim”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb