Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə müraciət etdi
Bütün Xəbərlər
11:06 31.01.2012
1460
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, Bakı-Quba-Rusiya magistralının 130-cu kilometrliyindən yollar buz bağlayıb, Bakı-Ələt-Qazax və cənub bölgəsi istiqamətində qarlı hava şəraiti müşahidə olunur. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində buzlaşma var. 
K. Əliyev sürücüləri hava şəraitinə uyğun seçim etməyə çağırıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur. 
K. Əliyevin sözlərinə görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. 
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin hələ qaldığını nəzərə alaraq, sakinləri mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb. Əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunub.
OXŞAR XƏBƏRLƏR