Baş epidemioloqun Bakıda olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Yaşı 65-dən çoxdur, işə çıxmır”

Baş epidemioloqun Bakıda olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Yaşı 65-dən çoxdur, işə çıxmır”
SOSİAL
22:17 02.07.2020
3675
Baş epidemioloq "kənddəyəm, heç nədən xəbərim yoxdu" dedi, sosial media ondan danışdı

Bu gün ölkənin baş epidemioloqu İbadulla Ağayev ona zəng edən jurnalistə bildirib ki, kənddə, qohumunun evində, yasdadır, ölkədəki epidemioloji durumdan  xəbərsizdir, çünki yanında nə televizor var, nə də internet.

Onun bu sözləri sosial mediada geniş müzakirəyə və tənqidə səbəb olub.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova APA-ya bildirib ki, karantin rejimi ilə əlaqədar universitetdə tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev  hazırda işə çıxmır: "O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. 

İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir"

OXŞAR XƏBƏRLƏR