Baş nazir avropalı tərəfdaşlarını tənqid etdi

İQTİSADİYYAT
10:14 24.01.2013
1655
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumuna qatılan Rusiyanın baş naziri Dmitri Medvedev Avropa Birliyinin nizamnamələrini və viza siyasətini tənqid edib. Medvedev bildirib ki, Avropa liderləri Rusiyanın vizasız səhayəti üçün müraciətlərinə ciddi yanaşmır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq bir neçə dəfə iradlar səsləndirilsə də, avropalı partnyorlar lazımi addımları atmırlar.Ona görə də bu məsələ uzun müddətdri ki, ləngəyir - deyə Medvedyev qeyd edib. Çıxışı zamanı Medvedyev, eyni zamanda, Avropa Birliyinin enerji nizamnamələrinin Rusiya tərəfindən qəbul olunması üçün göstərdiyi təzyiqlərlə də bağlı münasibətini bildirib."Biz enerji bazarları kimi kritik vəziyyətdə olan vacib bazarlara nəzər yetirməliyik. Effektiv iş görməkdə bizim qarşımıza yeni maneələr çıxır. Bu bizi məyus edir. Çünki bu maneələr oyunun qaydalarını əks istiqamətdə dəyişir. Bizim 2020-ci il üçün böyük arzularımız var. Biz bu müddət ərzində biznes əlaqələrinin qurulması şərtləri asan olan 20 ölkədən birinə çevrilmək istəyirik", - deyə Medvedyev sözlərini ifadə edib.

OXŞAR XƏBƏRLƏR