Baş nazir İran rəsmisinə sərt cavab verdi

DÜNYA
10:35 22.12.2012
1382
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Patriot müdafiə sistemi ilə bağlı Türkiyəyə xəbərdarlıq edən İranın Müdafiə Naziri Əhməd Vahidinin sözlərinə münasibət bildirib. O, qeyd edib ki, ümumiyytlə, İranda kimin nə danışdığını və kimin əsas söz sahibi olduğu məlum deyil. Ona görə də, onun sözləri cəfəngiyyatdır."İranın müdafiə naziri cəfəngiyyat danışır. Biz İran prezidenti ilə danışdığımız zaman o, öz fikilərini söyləyir və belə bir fikirləri olmadığını vurğulayır. Lakin digər bir tərəfdən başqası çıxıb bir başqa söz işlədir. İranda kimin səlahiyyət sahibi kimdir? Biz ölkəmizlə bağlı qərarları özümüz veririk. İranda hamı danışır. Patriotlar Adana, Qaziantep və Qəhrəmanmaraşda yerləşdiriləcək", - deyə Ərdoğan sözlərini ifadə edib.

OXŞAR XƏBƏRLƏR