Nazirlər Kabineti məlumat yaydı.
Baş nazir Artur Rasizadə “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqındaqərarını ləğv edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında deyilib.
Qeyd edək ki, bu qərar 2004-cü il noyabrın 6-da baş nazirin özütərəfindən imzalanmışdı.
Onu da əlavə edək ki, bu Qayda Azərbaycan Prezidenti İlham Əliyevin2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanına uyğun olaraq hazırlanıbvə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) çıxarışının formasını və tərtibi qaydasını müəyyən edirdi.