Baş nazirin müavini: "Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparırıq"

Baş nazirin müavini: "Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparırıq"
DÜNYA
18:23 14.05.2022
289
"Ukrayna "Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparır”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ölkə Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

"Orada bir neçə yüz yaralı var. Onları xilas etmək lazımdır. Çünki Rusiya tərəfi hər şeyi eyni anda qəbul etmirlər. Beləliklə, ilk növbədə ağır yaralıları və və həkimləri xilas etmək istəyirik. Onlar 60 nəfərdir”, - o bildirib.

Məlumata görə, Rusiya qoşunları zavodun ərazisinə raket-bomba zərbələri endirir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, "Azovstal”dakı insanları xilas etmək üçün nüfuzlu dövlətlər vasitəçiliyə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR